“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub
 

12:00 / 17.08.2026 Oxunub: 1275

 

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub.

AZƏRTAC xəbər verir ki, ardıcıl üç mövsümə qələbəsiz başlayan Bakı klubu I turda “Sumqayıt”a qalib gəlib – 3:1.

“Ağ-qaralar” sonuncu dəfə 2022/2023-cü illər mövsümünə qələbə ilə başlamışdı. Həmin vaxt “Neftçi” səfərdə “Şamaxı”nı 1 qolla məğlub edib.

“Neftçi”nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/2014-cü illər mövsümündə qeydə alınmışdı. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində böyükhesablı ev qələbəsi əldə olunub – 4:1.

“Ağ-qaralar” startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarmışdı. 2001/2002-ci illər mövsümündə “Ümid”in qonağı olan “Neftçi” 4 cavabsız qolla qalib gəlib.



Digər xəbərlər

Xəbər lenti

31 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026
24 Avqust 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ