Qax sakini ayının hücumuna məruz qalıb
 

09:29 / 10.10.2023 Oxunub: 3909

 

İki gün əvvəl Qaxın Sarıbaş kəndi yaxınlığındakı dağlıq ərazidə ayı 57 yaşlı Fəxri Babayevə hücum edib.

Kanal 20 TV xəbər verir ki, kənd sakini mal-qara otararkən qəflətən ayının hücumuna məruz qalıb. Belə ki, o, at belində hərəkətdə ikən ayı onu atdan salmağa cəhd edib. Kənd sakini isə ona hücum çəkən ayının əlindən xilas olmağa çalışarkən vəhşi heyvan Fəxrinin ayaqlarına xəsarət yetirib.

Vəhşi heyvanın hücumundan xilas olan Sarıbaş sakini Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək, lazımi tibbi yardım alıb.

Xəstəxanadan verilən məlumata görə, Fəxri Babayevə quduzluq əleyhinə peyvənd vurulub. Onun yarası yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.



Digər xəbərlər

Xəbər lenti

03 Noyabr 2026
02 Noyabr 2026
31 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
25 Oktyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ