MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
30 oktyabr 2026-cı il tarixində Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının inzibati binasında MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandumun imzalanma mərasimi keçirilib.
Memorandumun imzalanmasında əsas məqsəd birgə layihə və təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş uzunmüddətli və səmərəli əməkdaşlığın inkişaf etdirilməsidir.
Sənəd qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsini, təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin, konfransların, dəyirmi masaların və digər təşəbbüslərin təşkilini nəzərdə tutur.
Memorandumun imzalanması qarşıya qoyulan birgə məqsəd və vəzifələrin həyata keçirilməsi çərçivəsində tərəflər arasında əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün əsas yaradacaq.



Digər xəbərlər
Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı
Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı
Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib
41 Şamkənd şəhidinin mərmər xatirəsi
Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb
Xəbər lenti
Ən çox oxunan