Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

10:02 / 22.10.2026 Oxunub: 835

Oktyabrın 21-də Bakıda Diaspor Fəaliyyətinə Jurnalist Dəstəyi İctimai Birliyi ilə “Xüsusi İnkişaflar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq sazişi imzalanıb.
Saziş “Xüsusi İnkişaflar Mərkəzi” MMC-nin direktoru Dmitri Şolomitski və Diaspor Fəaliyyətinə Jurnalist Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən imzalanıb. Sənəd tərəflər arasında uzunmüddətli, sabit və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulmasını nəzərdə tutur.


Sazişə əsasən, tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə informasiya mübadiləsi aparacaq, marketinq məlumatlarını paylaşacaq, birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirəcək və qarşılıqlı dəstək göstərəcəklər.

Tərəflər bu əməkdaşlığın qarşılıqlı əlaqələrin genişləndirilməsinə, birgə təşəbbüslərin həyata keçirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verəcəyinə ümid edirlər.



Digər xəbərlər

Xəbər lenti

03 Noyabr 2026
02 Noyabr 2026
31 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
25 Oktyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ