İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
10:09 / 02.11.2026
Oxunub: 233
Bolqarıstanın müvəqqəti Prezidenti İliana Yotova prezident seçkilərinin ikinci turunda səslərin 57,6 faizini toplayaraq qalib gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bülletenlərin 99,68 faizinin hesablanmasından sonra məlumat yayıb.
Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev rəqibləri Andrey Gyurov və Georgi Kandevi qabaqlayıblar. Sonuncular səslərin 39,3 faizini əldə ediblər.
Məğlubiyyətini etiraf edən Andrey Gyurov qalibləri təbrik edib.
Beləliklə, İliana Yotova Bolqarıstan tarixində seçkilər yolu ilə dövlət başçısı seçilən ilk qadın olub.


Digər xəbərlər
Oman Çinlə ticarət və investisiya sahəsində güzəştli saziş imzalamağı təklif edib
Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
ABŞ Yaxın Şərqə “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirir
Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb
Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb
Xəbər lenti
02 Noyabr 2026
31 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
25 Oktyabr 2026
Ən çox oxunan
10:18
03 Noyabr 2026
353