Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb
ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sərəncamda bildirilib.
Sənədə əsasən, Tramp “Qrem qanunu” çərçivəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbirlərin tətbiqini dayandırmaq qərarına gəlib. Həmin tədbirlər Rusiyadan neft və qaz alan aparıcı ölkələrə 100 faizədək tariflərin, eləcə də Rusiya idxalına 500 faizlik tarifin tətbiqini nəzərdə tuturdu.
Qərar qeyri-müəyyən müddətə qüvvədə qalacaq. Bununla belə, ABŞ Prezidenti gələcəkdə mövqeyini dəyişərək tədbirlərin tətbiqinə başlaya bilər. Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş sanksiyalar isə qüvvədə qalır.
“Bloomberg” agentliyinin məlumatına görə, bu qərar ABŞ-yə Çin, Hindistan və Türkiyə kimi Rusiya enerji resurslarının əsas alıcıları ilə münasibətlərdə əlavə gərginlikdən yayınmağa imkan verə bilər.


Digər xəbərlər
Oman Çinlə ticarət və investisiya sahəsində güzəştli saziş imzalamağı təklif edib
Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
ABŞ Yaxın Şərqə “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirir
Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb
Xəbər lenti
Ən çox oxunan