Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb
 

11:24 / 17.10.2026 Oxunub: 1411

 

Prezident Vladimir Putin Rusiya qoşunlarına Ukraynanın hərbi sənaye kompleksi obyektlərinə və logistika mərkəzlərinə kütləvi və qrup zərbələrinin endirilməsini davam etdirməyi tapşırıb.

AZƏRTAC xəbər verir ki, Rusiya dövlətinin başçısı bunu Birləşmiş Qoşun Qruplaşmasının yardımçı idarəetmə məntəqəsinə səfəri zamanı bildirib.

Putin Donetsk vilayətinin bütün ərazisinə nəzarətin təmin olunmasını Rusiya qoşunlarının əsas vəzifələrindən biri adlandırıb. Onun sözlərinə görə, “Mərkəz” qoşun qruplaşmasının Dobropolye şəhərini nəzarətə götürməsi bu vəzifənin yerinə yetirilməsi istiqamətində mühüm addımdır.

Rusiya dövlətinin başçısı, həmçinin bildirib ki, Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətinə daxil olmasından sonra Rusiya ordusuna onları ölkə ərazisindən çıxarmaq və qonşu ərazidə təhlükəsizlik zonası yaratmaq tapşırığı verilib: “Məqsədimiz gələcəkdə Rusiyanın sərhədyanı ərazilərinin tam təhlükəsizliyini təmin etməkdir. Biz bunu Ukrayna ilə mümkün sülh danışıqlarının müzakirə predmetinə çevirməyi planlaşdırmırıq”, – deyə Putin vurğulayıb.

Rusiya Prezidenti, həmçinin Luqansk vilayətinin tamamilə Rusiya nəzarəti altında olduğunu bəyan edib.



Digər xəbərlər

Xəbər lenti

02 Noyabr 2026
31 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
25 Oktyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ