Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir
 

10:10 / 02.11.2026 Oxunub: 193

 

İran ABŞ-nin digər variantlarla müqayisədə diplomatiyaya üstünlük verəcəyinə ümid edir, lakin mümkün digər ssenarilərə də hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Tehran diplomatik həll üçün səylərini davam etdirir. Bununla yanaşı, İranın silahlı qüvvələri əvvəlki iki müharibə ilə müqayisədə daha güclüdür və ölkə həm danışıqlara, həm də müdafiəyə hazırdır.

Əraqçi əlavə edib ki, İranın Ali Rəhbərinin son mesajı ölkənin mövqeyini və silahlı qüvvələrin qarşıya qoyulan vəzifələrini aydın şəkildə ortaya qoyub.



Digər xəbərlər

Xəbər lenti

02 Noyabr 2026
31 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
25 Oktyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ