Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

10:18 / 03.11.2026 Oxunub: 372

29 oktyabr 2026-cı il tarixində Sumqayıt Muğam Mərkəzində “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib.

“ZuRaYa” Global Medical Marketing & Strategy şirkətinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra “ZuRaYa” Global Medical Marketing & Strategy şirkətinin rəhbəri, tibbi marketoloq Zülfiyyə Əliyevanın çıxışı ilə konfransın rəsmi açılışı elan olunub.

Zülfiyyə Əliyeva çıxışında qadınların sağlamlıq sahəsində maarifləndirilməsinin əhəmiyyətinə toxunaraq bildirib ki, sağlamlıq haqqında düzgün biliklərin erkən yaşlardan formalaşması həm fərdin, həm də gələcək nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır. O vurğulayıb ki, qadınların tibbi maarifləndirilməsi onların gələcəkdə sağlam ailə təməlinin qurulmasına da töhfə verir.

“Bir qadının sağlamlığı cəmiyyətin sağlamlığı deməkdir!” fikrini əsas mesaj kimi diqqətə çatdıran Zülfiyyə Əliyeva xanımları öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, mütəmadi müayinələrdən keçməyə və sağlam həyat tərzini prioritet seçməyə çağırıb.

Konfransda müxtəlif tibb sahələrini təmsil edən mütəxəssislər, səhiyyə nümayəndələri və iştirakçılar bir araya gəliblər. Tədbirin əsas məqsədi süd vəzi patologiyalarının diaqnostikası və müalicəsində müasir yanaşmaların müzakirəsi, tibbi bilik və təcrübə mübadiləsinin aparılması olub.

Konfransda onkoloq-cərrah-mammoloq Dr. Latifə Məhərrəmova, pediatr Dr. Müsənbər Səfərova, ümumi cərrah Dr. Abbas İmanov, onkoginekoloq Dr. Aygün Osmanova, radioloq Dr. Vüsalə Məhərrəmova və onkodietoloq Nəzrin Kərimli çıxış ediblər.

Çıxışlarda süd vəzi xəstəliklərinin erkən aşkarlanması, müasir diaqnostika üsulları, müalicə strategiyaları, profilaktik yanaşmalar və xəstələrə kompleks tibbi dəstəyin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində qadın sağlamlığının qorunması, tibbi maarifləndirmənin gücləndirilməsi və müxtəlif ixtisas sahələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda iştirakçılar Çəhrayı Oktyabrın simvolu olan çəhrayı şarları havaya buraxaraq qadın sağlamlığına dəstək və həmrəylik mesajı veriblər.

Qeyd edək ki, konfrans “ZuRaYa” Global Medical Marketing & Strategy şirkətinin rəhbəri, tibbi marketoloq Zülfiyyə Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

  



Digər xəbərlər

Xəbər lenti

02 Noyabr 2026
31 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
25 Oktyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ