ABŞ Yaxın Şərqə “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirir
ABŞ ordusu İrana qarşı mümkün yeni hərbi əməliyyatlar fonunda regionda hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Texasdan Yaxın Şərqə “Patriot” zenit-raket sistemləri göndərir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Pentaqon mümkün gərginləşməyə hazırlıq çərçivəsində Yaxın Şərqdəki həssas hərbi bazalardan şəxsi heyətin bir hissəsini geri çəkir. Eyni zamanda, bölgədəki ABŞ qüvvələrinin sursat ehtiyatları artırılır, bombardmançı və qırıcı təyyarələr döyüş hazırlığı vəziyyətinə gətirilir.
Qəzetin məlumatına görə, gələn ay daha bir aviadaşıyıcı zərbə qrupu və amfibiya gəmiləri Yaxın Şərqdəki təxminən 20 ABŞ hərbi gəmisinə qoşula bilər.
Nəşr, həmçinin Vaşinqtonun noyabrda keçiriləcək Konqres seçkilərindən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi əməliyyatlar ehtimalı barədə bir sıra Körfəz ölkələrini məlumatlandırdığını yazıb.
Potensial hədəflər sırasında İranın enerji infrastrukturu, nüvə obyektləri, raket sistemləri və pilotsuz uçuş aparatları göstərilir.


Digər xəbərlər
Oman Çinlə ticarət və investisiya sahəsində güzəştli saziş imzalamağı təklif edib
Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb
Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb
Xəbər lenti
Ən çox oxunan