Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu Sessiyasına ev sahibliyi edəcək
 

14:04 / 28.07.2026 Oxunub: 1506

 

UNESCO Dünya İrs Komitəsinin (DİK) 49-cu sessiyası Türkiyənin ev sahibliyi ilə təşkil olunacaq. Bu barədə qərar DİK-in Koreya Respublikasının Busan şəhərində keçirilən 48-ci sessiyasında qəbul edilib.

Bununla bağlı AZƏRTAC-a Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Türkiyənin UNESCO yanında daimi nümayəndəsi, səfir Mustafa Yurdakul DİK-in 49-cu sessiyasının sədri vəzifəsini öz üzərinə götürüb. Sessiyanın 2027-ci ildə İstanbulda keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, UNESCO-nun Dünya İrs Siyahısında Türkiyənin qeydiyyata alınan 22 mədəni və qarışıq irs sahəsi mövcuddur.



Digər xəbərlər

Xəbər lenti

31 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026
24 Avqust 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ