Yaponiyada TEPCO-nun iki AES-ində təhlükəsizlik qüsurları aşkarlanıb
 

12:03 / 09.07.2026 Oxunub: 1306

 

Yaponiyanın Nüvə Tənzimləmə Orqanı “Tokyo Electric Power Co” (TEPCO) şirkətinin "Fukuşima Dayiçi" və "Fukuşima Daini" atom elektrik stansiyalarında antiterror məlumatlarının saxlanılması zamanı təhlükəsizlik qüsurları aşkarlayıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, yoxlamalar zamanı ciddi mühafizə altında saxlanılmalı olan məxfi sənədlərin ortaq kompüter qovluqlarında yerləşdirildiyi müəyyən olunub.

Nüvə Tənzimləmə Orqanı məxfi məlumatların kənara sızmasının qeydə alınmadığını bildirib. Hazırda qüsurların səbəbləri araşdırılır.

Qeyd edək ki, bundan əvvəl TEPCO-nun Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasında da oxşar təhlükəsizlik pozuntuları aşkarlanmışdı.



Digər xəbərlər

Xəbər lenti

31 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026
24 Avqust 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ