Çempionlar Liqası: İrlandiya təmsilçisinə qalib gələn "Qarabağ" növbəti mərhələyə adlayıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.
“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bununla da "Qarabağ" ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edib.



Digər xəbərlər

Ölkə ərazisində isti hava şəraiti davam edəcək

Bayraktar: "Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq"

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev

Adil Kərimli: Arif Babayevin parlaq xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq

Prezident və xanımı Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xalq artisti Arif Babayev vəfat edib
Xəbər lenti
Ən çox oxunan
