Zaqatala şəhərində “Məişət zorakılığına qarşı birlik” adlı layihə icra edilib

İyulun 7-də Zaqatala şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin icra etdiyi “Məişət zorakılığına qarşı birlik” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Şəhid anasi Sərminaz Allahyarova və Şəhid anası Murtuzəliyeva Əzizə xanim, Şəhid qardaşi Azər Rəsulov, Balakən rayonunda müəllim Aqil Qasimov, Zaqatala rayon üzrə "Dünya ana və Uşaqlar Birliyinin sədri, Dünyaxəbər-TV nin Zaqatala üzrə nümayəndəsi Xanım Nurullayeva, Dünyaxəbər -TV-nin region üzrə rəhbəri Fərid Surxayev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasını önəmli olmasını vurğulayaraq, “Məişət zorakılığına qarşı birlik” adlı layihənin Zaqatala şəhərində keçirilməsinin zəruriliyini diqqətə çatdırıb. Layihə barəsində ümumi məlumatla çıxış edən təşkilat rəhbəri layihəni maliyyələşdirildiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilatçılığa görə isə Zaqatala rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib.
Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığının növləri, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə müzakirə aparıb. Tədbir interaktiv formada keçmiş, tədbir iştirakçıları məişət zorakılığının dövlət və cəmiyyətin ortaq problemi kimi yanaşılmasının zəruriliyini vurğulayıblar.
Zaqatala şəhərində keçirilən “Məişət zorakılığına qarşı birlik” adlı layihə çərçivəsində 7 nəfər şəxsin müraciəti dinlənilib, onlara zəruri hüquqi yardım göstərilib və müraciətlərin hazırlanaraq müvafiq dövlət orqanlarına çatdırılması üçün qeydlər aparılıb.
Sonda tədbirdə göstərdiyi köməyə görə Zaqatala şəhər İcra Hakimiyyətinin başçısı Mubariz Əhmədzadə və Başçınin müavini İctimai siyasi və humanitar məsələlər üzrə müdiri Vəfa Suleymanova, ictimai siyasi və himanitar məsələlər şöbəsinin baş məsləhətcisi Sərxan Maqsudova, Zaqatala rayon Mədəniyyət evinin müdiri Fizzə Yekəyevaya təşəkkür olunub.



Digər xəbərlər

Ölkə ərazisində isti hava şəraiti davam edəcək

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Müğənni Dəniz Əsədova həbsdə qalıb, şikayəti təmin edilməyib

Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb

Sahilboyu ərazilərdə növbəti profilaktik tədbirlər həyata keçirilib

İyulun sonuncu gününə gözlənilən hava proqnozu açıqlanıb
Xəbər lenti
Ən çox oxunan
