"Mançester Yunayted"in sabiq futbolçusu intihara cəhd edən şəxsi xilas edib
 

13:35 / 01.08.2025 Oxunub: 88

 

İngiltərənin "Mançester Yunayted" klubunun və Ekvador millisinin sabiq kapitanı Antonio Valensiya vətənində bir insanın həyatını xilas edib.

AZƏRTAC xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirib ki, bir neçə gün öncə avtomobillə körpüdən keçərkən özünü oradan ataraq intihar etmək istəyən bir şəxsi görüb. Keçmiş futbolçu dərhal maşından düşərək həmin şəxslə söhbət etdiyini, ailə üzvləri hadisə yerinə gələnədək onu tək buraxmadığını söyləyib. Nəticədə hadisə faciəsiz ötüşüb.

“Çox çətin və emosional vəziyyət idi. Gənc bir insan özünü körpüdən aşağı atmaq istəyirdi. Maşından düşüb ona yaxınlaşdım. Sadəcə söhbət etməyə çalışdım. Şükürlər olsun ki, məni tanıdı. Bir neçə ruhlandırıcı söz dedim. Ailəsi gələndən sonra fikrindən daşındı. Özümüzə qayğı göstərməliyik. Psixi sağlamlıq çox önəmlidir”, – deyə Valensiya qeyd edib.



Digər xəbərlər

Xəbər lenti

01 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ