Oğuzda meşəlik ərazidə üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb
 

14:56 / 16.07.2025 Oxunub: 379


Oğuzda bədbəxt hadisə nəticəsində Qəbələ sakini ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxal kəndində, meşə ərazisində qeydə alınıb.

Qəbələ rayonu Abrıx kənd sakini, 1991-ci il təvəllüdlü Elnur Şümüd oğlu Mustafayev meşəlik ərazidə üzərinə ağac düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər lenti

01 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ