Alparslan Bayraktar: "Zəngəzur dəhlizi üzərindən enerji və logistika axını Türkiyəyə yönələcək"

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən bütün enerji resursları və logistik marşrutlar Türkiyəyə çatdırılacaq.
“Report”un Türkiyənin Kilis şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycandan elektrik enerjisi Gürcüstan üzərindən Türkiyəyə ötürülür.
“Eyni zamanda Orta Asiyadakı digər enerji mənbələri və logistik imkanlar da Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq”, - deyə o qeyd edib.
A. Bayraktar əlavə edib ki, Azərbaycanın təbii sərvətlərinin - neft, qaz və elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr paralel şəkildə və koordinasiyalı formada icra olunur:
“Bu istiqamətdə ciddi irəliləyişlər əldə olunub. İndiyədək həyata keçirilən əsas layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərini və Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm”, - deyə nazir vurğulayıb.



Digər xəbərlər

Aİ-də süni intellektlə bağlı şəffaflıq tələbləri qüvvəyə minib

Aktau şəhərində dayanıqlı inkişafa dair yanaşmalar razılaşdırılıb

Tramp yenidən FES rəhbərini könüllü istefaya çağırıb

Bayraktar: "Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq"

İtaliya Qəzzaya hava yolu ilə humanitar yardım çatdıracaq

Marko Rubio: İsrailin razılığı olmasa, Fələstin dövləti qurula bilməz
Xəbər lenti
Ən çox oxunan
