Ceyhun Bayramov Hakan Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub. Bununla yanaşı, regional və beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlik problemləri nəzərdən keçirilib.
Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.
C.Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə cari vəziyyət və perspektivlər, habelə mövcud maneələr və onların həlli istiqamətində səylər barədə ətraflı məlumatlandırıb.
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Digər xəbərlər
jpg-1754040556.jpg)
Prezidentin Mətbuat Xidmətinin məlumatı

“Diplomatiya Könüllüləri” qrupuna qəbul başlayıb

Prezident və xanımı Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması məqsədilə vəsait ayrılıb - SƏRƏNCAM

Azərbaycan Prezidenti Mərakeş Kralını təbrik edib

Prezident süni torpaq sahələrində investisiya fəaliyyəti ilə bağlı dəyişikliyi təsdiqləyib
Xəbər lenti
Ən çox oxunan
