Monakoda güclü partlayış baş verib, xəsarət alanlar var
 

02:13 / 30.06.2026 Oxunub: 451

 

Monako Knyazlığında güclü partlayış baş verib, üç nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “France-Presse” (AFP) agentliyi knyazlıq hökumətinə istinadla məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

BFMTV telekanalının yaydığı məlumata əsasən, partlayış naməlum şəxsin Rue Reverend-Père-Louis-Follat küçəsində çanta qoymasından sonra baş verib. Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb.

Hadisənin səbəbləri araşdırılır, hüquq-mühafizə orqanları şübhəlinin axtarışını davam etdirirlər.



Digər xəbərlər

Xəbər lenti

04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
28 Iyun 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ