Rütte: Avropa özünün və Ukraynanın təhlükəsizliyinə daha çox məsuliyyət daşıyacaq
ABŞ “NATO 3.0” konsepsiyası çərçivəsində Avropa istiqaməti və Ukrayna ilə bağlı məsuliyyətin böyük hissəsini “köhnə qitə” ölkələrinin üzərinə qoyacaq.
AZƏRTAC xəbər verir ki, NATO-nun Baş katibi Mark Rütte bu barədə Anadolu agentliyinə müsahibəsində deyib.
Baş katib qeyd edib ki, ABŞ Avropadakı hərbi mövcudluğunu və nüvə çəkindirmə imkanlarını qoruyacaq, Aİ ölkələri isə alyans daxilində daha böyük məsuliyyət daşıyacaqlar. Onun sözlərinə görə, yaxın vaxtlarda NATO-nun birgə komandanlığından üçünə avropalılar rəhbərlik edəcək.
Mark Rütte, həmçinin Avropa ölkələrinin Ukraynaya maliyyə dəstəyinin göstərilməsində də aparıcı rol oynayacağını, ABŞ-nin isə mühüm hərbi texnika tədarükünü davam etdirəcəyini bildirib. O əlavə edib ki, maliyyələşdirmə əsasən Avropa ölkələri və Kanada tərəfindən təmin olunacaq.
Baş katibin fikrincə, bu model NATO daxilində məsuliyyət bölgüsünü daha ədalətli edəcək, alyansın çəkindirmə potensialını gücləndirəcək və dayanıqlılığını artıracaq.


Digər xəbərlər
Venesuela səması zəlzələdən sonra qırmızı rəngə boyanıb
Fransada elektrik enerjisinin qiymətləri 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatıb
Tokayev: Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neftin nəqlinin həcmini artırmaq niyyətindədir
Venesuelada zəlzələ qurbanlarının sayı 1700-ü ötüb
Monakoda güclü partlayış baş verib, xəsarət alanlar var
Rusiya və Çin Hərbi Hava Qüvvələri birgə patrul həyata keçirib
Xəbər lenti
Ən çox oxunan
"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib