“Qarabağ” futbolçusu Bədavi Hüseynovla yeni müqavilə imzalayıb
15:37 / 21.06.2026
Oxunub: 444
“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni bir illik sözləşmə imzalanıb. Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandanın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, Ağdam təmsilçisi ilə 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.


Digər xəbərlər
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, yeni Texniki Direktor təqdim olunub
DÇ-2026: Xorvatiya millisi Qananı məğlub edib
Harri Keyn Ronaldunun rekordunu yeniləyib
DÇ-2026: Ronaldu Matteusa çatıb, Bellinqem siyahıda irəliləyib
Rafael Fiziyev: İnana bilmirəm ki, bu möhtəşəm zərbə ilə görüşü tamamladım
DÇ-2026: Xorvatiya - Qana və Panama - İngiltərə oyunlarına start verilib
Xəbər lenti
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
28 Iyun 2026
Ən çox oxunan
12:50
27 Iyun 2026
1525