Avropa Liqası: “Qarabağ” ən çox hücum edən komandadır
UEFA Avropa Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.
Kanal 20 TV xəbər verir ki, H qrupunda mübarizə aparan “Qarabağ” hazırda turnirin ən çox hücum edən komandasıdır.
Azərbaycan çempionu geridə qalan iki oyunda 118 hücum cəhdi edib ki, bunların da ikisi qolla nəticələnib. İlk turda Bakıda Norveç “Molde”sinə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi son turda İsveçdə “Hekken”i də bir cavabsız qolla üstələyib.
Həmçinin “köhlən atlar” qapı istiqamətində ən çox zərbə endirən beşinci kollektivdir. 35 zərbədən 10-nu çərçivəyə düşüb, 15-i qapıdan aralı keçib, 10-u isə rəqib futbolçular tərəfindən bloklanıb.
Bundan başqa, “Qarabağ” qitənin ikinci dərəcəli klub turnirində iki turdan sonra rəqibdən ən çox top oğurlayan (88) üçüncü komandadır. Ağdamlılar bu göstəricidə yalnız İtaliyanın “Atalanta” (101) və İngiltərənin “Vest Hem” (90) klublarından geri qalır.
Qeyd edək ki, “Qarabağ” hazırda H qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb.


Digər xəbərlər
Dünya mətbuatı Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışından yazır
Ankarada "Heydər Əliyev və Türk Dünyası" adlı tədbir keçirilib
20 balı keçən sürücü nə etməlidir? – HÜQUQİ RƏY
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycanda - FOTO
"Azərbaycan Ermənistana 12 min ton neft məhsulları göndərib" - Dövlət başçısı
Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi
Xəbər lenti
Ən çox oxunan
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu