Hava ilə bağlı - Xəbərdarlıq
Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
kanal20tv.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) yağıntının intensivləşəcəyi, 5-6-da qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Həmçinin bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Ağsu, Şamaxı, Qobustan, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Digər xəbərlər
WUF13-ə görə bu yollarda avtobus zolaqları olacaq - SİYAHI
"Space" TV-nin yeni baş direktoru o təyin edildi
Bahar Muradova: Azərbaycan COVID 19-la mübarizədə mühüm rol oynayıb
Məktəblərdə payız tətili yekunlaşır
Bələdiyyə sədri və üç sahibkar barədə qanunvericiliyə uyğun tədbirlər görülüb
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Xəbər lenti
Ən çox oxunan
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu