Almaniyada avtomobil piyadalara çırpıldı: Ölənlər və yaralananlar var - VİDEO

21:24 / 04.05.2026 Oxunub: 72

Almaniyanın Leypziq şəhərinin mərkəzi hissəsində avtomobil piyadalara çırpılıb.

kanal20tv.Az xəbər verir ki, hadisə barədə "Radio Leipzig" radiostansiyası məlumat verib.

İnsident nəticəsində azı səkkiz nəfər xəsarət alıb. Bəzi məlumatlara görə, azı iki nəfər həyatını itirib. Əlavə olaraq, iki şəxsin ağır, daha bir neçə nəfərin isə yüngül yaralandığı bildirilir.

"Leipziger Volkszeitung" nəşri şəhərin ober-burqomistri (meri) Burxard Yunqa istinadən xəbər verir ki, polis avtomobili insanların üzərinə sürən şəxsi artıq saxlayıb. Şəhər meri iki nəfərin həlak olduğunu təsdiqləyib. O əlavə edib ki, hazırda şəhər sakinləri üçün hər hansı təhlükə yoxdur.oxu.az



Digər xəbərlər

Xəbər lenti

04 May 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ