Lavrov Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlara başlamağı təklif edib
Rusiya Federasiyası İslam Əməkdaşlıq Təşkilatının Qəzza zolağında atəşkəsin zəruriliyi ilə bağlı qiymətləndirmələrini bölüşür.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Qəzza zolağı ətrafında vəziyyətin nizamlanması ilə bağlı Təmas Qrupunun üzvləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası terrorizmin bütün təzahürlərinə qarşıdır: "Lakin terrorizmə qarşı beynəlxalq humanitar hüququ pozmadan mübarizə aparılmalıdır".
Lavrov Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlara başlamağı təklif edib:
"Rusiya Federasiyası Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlar prosesinin yenidən başlaması üçün hazırlığa indidən başlamağa çağırır".
Rusiyanın baş diplomatı Yaxın Şərq vasitəçilərinin “dördlüyü”nün ərəb dünyasının nümayəndələrini əhatə etmədiyi üçün öz funksiyalarının öhdəsindən gələ bilmədiyini də söyləyib.
Bildirib ki, Fələstin-İsrail münaqişəsinin həlli mexanizmində region ölkələri təmsil olunmalıdır.
Lavrov Qəzza zolağına çatdırılan humanitar yardımın həcminin kifayət etməyini də əlavə edib.


Digər xəbərlər
Rusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi
Almaniyada avtomobil piyadalara çırpıldı: Ölənlər və yaralananlar var - VİDEO
BƏƏ-də neft kompleksinə PUA hücumu: Xəsarət alanlar var
Dünyanın nəzəri Hörmüzdə: ABŞ naziri hansı dövləti köməyə çağırdı?
BƏƏ açıqladı: “İrandan ölkəmizə 4 raket atıldı…”