BƏƏ-də neft kompleksinə PUA hücumu: Xəsarət alanlar var
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə əmirliyində yerləşən neft sənayesi kompleksinə İran tərəfindən buraxılan pilotsuz uçan aparatın (PUA) zərbəsi nəticəsində üç Hindistan vətəndaşı xəsarət alıb.
yenises.Az xəbər verir ki, bu barədə ölkənin hökumət mətbuat xidməti məlumat yayıb. Rəsmi açıqlamaya əsasən, orta ağır dərəcəli bədən xəsarətləri alan zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Bundan əvvəl əmirlik rəhbərliyi PUA hücumu səbəbindən kompleksin ərazisində güclü yanğının başladığını, mülki müdafiə qüvvələrinin alovun söndürülməsinə cəlb edildiyini bildirib.
Eyni zamanda, BƏƏ sahillərinə yaxın ərazidə bir gəmidə də yanğın qeydə alınıb. Bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
"Gəmidə yanğın başlayıb və heyət yaxınlıqdakı su nəqliyyatı vasitələrindən təhlükəsiz məsafə saxlamalarını xahiş edib. Hazırda yanğının başvermə səbəbləri müəyyənləşdirilir. Ekoloji fəsadlar barədə hər hansı məlumat yoxdur", - deyə UKMTO-nun açıqlamasında qeyd olunur. Mərkəz bu hadisəni şübhəli fəaliyyət kimi təsnifatlandırıb.
20:00
Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri İran tərəfindən dörd qanadlı raketin buraxıldığını qeydə alıblar.
yenises.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Onlardan üçü ölkənin ərazi suları üzərində uğurla zərərsizləşdirilib, daha biri isə dənizə düşüb", - deyə məlumatda bildirilir.
Nazirlikdən qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər hava hədəflərinin məhv edilməsinin nəticəsi olub./oxu.az/


Digər xəbərlər
Rusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi
Almaniyada avtomobil piyadalara çırpıldı: Ölənlər və yaralananlar var - VİDEO
Dünyanın nəzəri Hörmüzdə: ABŞ naziri hansı dövləti köməyə çağırdı?
BƏƏ açıqladı: “İrandan ölkəmizə 4 raket atıldı…”
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
Lavrov Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlara başlamağı təklif edib
Xəbər lenti
Ən çox oxunan
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu