Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində noyabrın 13-də nazir Adil Kərimli ilə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, dövlət başçılarımız arasında olan dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda əlaqələrimizin yüksək səviyyəsi ortaq türk mədəniyyətinin dünyada tanıdılmasına da öz töhfəsini verir.
Görüşdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər, xüsusən bu ilin oktyabrında Şuşada gerçəkləşən I Türk Dünyası Mədəniyyət Forumunun əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının görüşündə də bu forumun önəmi qeyd olunub.
Söhbət zamanı birgə mədəni tədbirlərin keçirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, eyni zamanda Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Türkiyədəki səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
Dünya mətbuatı Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışından yazır
Ankarada "Heydər Əliyev və Türk Dünyası" adlı tədbir keçirilib
20 balı keçən sürücü nə etməlidir? – HÜQUQİ RƏY
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycanda - FOTO
"Azərbaycan Ermənistana 12 min ton neft məhsulları göndərib" - Dövlət başçısı
Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi
Xəbər lenti
Ən çox oxunan
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu