Natiq Qasımovun təkbaşına vuruşduğu məbəddən - VİDEO
23 Xocalı sakinini xilas etmək üçün əsir düşən qəhrəmanımız Natiq Qasımovun döyüşdüyü Alban məbədinin görüntüləri yayılıb.
Kanal 20 TV İTV-yə istinadən xəbər verir ki, video 32 ildən sonra Xocalının Pirlər kəndində lentə alınıb.
Xatırladaq ki, Natiq Qasımov təslim olduğu zamana qədər ermənilər elə bilib ki, kilsədə onlara qarşı bir tağım vuruşur.
Sonra əsir götürdükləri Xocalı sakinlərindən birini Natiq Qasımovla danışığa göndərirlər ki, gedib desin: "Əgər təslim olmasanız götürdüyümüz əsirləri öldürəcəyik! "Natiq Qasımov isə göstəriş verir ki, əvvəlcə əsirləri azad edin sonra təslim olmaqdan danışarıq.
Düşmən onun tələbini qəbul edir və əsirləri buraxırlar.
Bundan sonra təslim olan Natiq Qasımovun tək olduğunu görən düşmən "Digərlərinidə çağır!" deyib. Natiq isə cavabında "Sizinlə vuruşan mən idim. Məndən başqa heç kim yoxdur" deyir və təslim olur.
O gündən sonra Natiqdən heç bir xəbər alınmır.


Digər xəbərlər
Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib
Hindistanda “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib
Universitetlər üçün yeni əməkdaşlıq imkanı!
Tisa çayında Buz dövrünə aid heyvanın qalıqları aşkarlanıb
Xəbər lenti
Ən çox oxunan