AFFA-nın vitse-prezidenti: Estoniya yığması ilə oyundan müsbət nəticə gözləyirik
“Milli komandamız çox vacib oyunlara çıxacaq. Xüsusilə Estoniya yığması ilə matçdan müsbət nəticə gözləyirik”.
Bu sözləri AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya yığmalarına qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib.
Funksioner bildirib ki, hər şey futbolçuların öz əlindədir: “Arzulayıram ki, millimiz yaxşı əhvali-ruhiyyə ilə Vətənə qayıdandan sonra Avstriya yığmasına qarşı da güclü mübarizə aparsın. Futbolçularımıza həmişə dediyim bir söz var: ya ümidsizsiniz, ya da ümid sizsiniz. Bu cümlənin anlamını komandanın bütün üzvləri dərk etməlidirlər. Hər şey oyunçuların öz əllərindədir”.
Qeyd edək ki, oktyabrın 13-də səfərdə Estoniyanın qonağı olacaq Azərbaycan millisi bundan üç gün sonra Bakıda Avstriya yığmasını qəbul edəcək.


Digər xəbərlər
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu
"Neftçi" klubunun şikayəti rədd edildi
Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
Türkiyə Superkuboku Səudiyyə Ərəbistanında oynanılacaq
Azərbaycan şahmatçısı dünya çempionu olub
Avropa Liqası: “Qarabağ” ən çox hücum edən komandadır
Xəbər lenti
Ən çox oxunan
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu