Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
İdmançıları salamlayan nazir beynəlxalq arenalarda qazanılan uğurlara görə onları təbrik edib və yeni nailiyyətlər arzulayıb. Daha sonra ələd edilmiş uğurları əks etdirən videoçarx nümayiş olunub.
MMA, kəmər güləşi, sambo, çimərlik voleybolu, tamblinq, aerobika gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, uşu, parataekvondo, para-atıcılıq, paracüdo, sumo, şahmat, kapoeyra, taekvondo, muaytay, karate növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.


Digər xəbərlər
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu
"Neftçi" klubunun şikayəti rədd edildi
Türkiyə Superkuboku Səudiyyə Ərəbistanında oynanılacaq
Azərbaycan şahmatçısı dünya çempionu olub
AFFA-nın vitse-prezidenti: Estoniya yığması ilə oyundan müsbət nəticə gözləyirik
Avropa Liqası: “Qarabağ” ən çox hücum edən komandadır
Xəbər lenti
Ən çox oxunan
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu