ABŞ-nin rüsumları Polşaya 2,2 milyard dollar ziyan vuracaq

ABŞ Prezidenti Donald Trampın Avropa mallarına tətbiq etdiyi rüsumlar Polşaya təqribən 2,2 milyard dollara başa gələcək.
“Report” xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” hesabında yazıb.
Onun sözlərinə görə, Varşava Vaşinqtonla danışıqlar zamanı əvvəllər 3,75 milyard dollar məbləğində qiymətləndirilən itkilərin azaldılmasına nail olub.
"ABŞ-nin Avropa məhsullarına tətbiq etdiyi rüsumlar reallığa çevrilib. İlkin qiymətləndirmələrə görə, Polşa təxminən 8 milyard zlotı (2,2 milyard dollar) itirəcək, halbuki əvvəllər bu rəqəm 15 milyard zlotı (3,75 milyard dollar) məbləğində qiymətləndirilirdi. İtkilər Atlantikanın hər iki tərəfində hiss olunacaq. Lakin hətta mürəkkəb ticarət sazişi belə müttəfiqlər arasında mənasız tarif müharibəsindən yaxşıdır", - Tusk vurğulayıb.



Digər xəbərlər

Zəlzələdən sonra Kamçatkanın üç rayonunda sunami ola bilər

Aİ-də süni intellektlə bağlı şəffaflıq tələbləri qüvvəyə minib

Aktau şəhərində dayanıqlı inkişafa dair yanaşmalar razılaşdırılıb

Tramp yenidən FES rəhbərini könüllü istefaya çağırıb

Bayraktar: "Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq"

İtaliya Qəzzaya hava yolu ilə humanitar yardım çatdıracaq
Xəbər lenti
Ən çox oxunan
