Zəlzələdən sonra Kamçatkanın üç rayonunda sunami ola bilər
 

11:11 / 03.08.2025 Oxunub: 37

 

Sakit Okeanda baş verən, Petropavlovsk-Kamçatskidə intensivliyi ilkin olaraq 4 bal qiymətləndirilən afterşokdan sonra Kamçatkada hündürlüyü 19 santimetrə qədər olan sunami baş verə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Kamçatka Sunami Monitorinqi və Xəbərdarlıq Mərkəzinin hesablamalarına görə, zəlzələ nəticəsində Aleut, Ust-Kamçatski və Petropavlovsk-Kamçatski rayonlarına sunami dalğası yaxınlaşa bilər.



Digər xəbərlər

Xəbər lenti

02 Avqust 2025
01 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ