Türkiyə Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcək məsələlər məlum olub

Türkiyə Təhlükəsizlik Şurasının bu ilin əvvəlindən bəri keçiriləcək dördüncü iclasında meşə yanğınları, terrorizmlə mübarizə, PKK terror təşkilatının özünü buraxması və tərk-silah edilməsi, Suriya və Ukrayna məsələləri müzakirə ediləcək.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçiriləcək iclasın iştirakçıları meşə yanğınları ilə mübarizəyə, o cümlədən yaşıl sahələrin yandırılması və təxribata qarşı tədbirlərə xüsusi diqqət yetirəcəklər.
Həmçinin PKK-nın Suriya qanadı, eləcə də bu qanlı strukturun Avropa ölkələrindəki hücrələrindən Türkiyənin milli təhlükəsizliyi üçün yaranan risklərin təhlili planlaşdırılır.
Bundan əlavə, Türkiyə Milli Təhlükəsizlik Şurasının üzvləri Rusiya Federasiyası ilə Ukrayna arasında uzunmüddətli sülhün təmin edilməsi üçün diplomatik səylərə diqqət yetirəcəklər. İstanbulda sülh danışıqlarının yeni raundu üçün şərait yaratmaq istiqamətində addımlar müzakirə olunacaq.



Digər xəbərlər

Zəlzələdən sonra Kamçatkanın üç rayonunda sunami ola bilər

Aİ-də süni intellektlə bağlı şəffaflıq tələbləri qüvvəyə minib

Aktau şəhərində dayanıqlı inkişafa dair yanaşmalar razılaşdırılıb

Tramp yenidən FES rəhbərini könüllü istefaya çağırıb

Bayraktar: "Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq"

İtaliya Qəzzaya hava yolu ilə humanitar yardım çatdıracaq
Xəbər lenti
Ən çox oxunan
