Sabah bəzi yerlərdə 41 dərəcə isti olacaq

Azərbaycanda iyulun 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər isə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı proqnozlaşdırılır.



Digər xəbərlər

Bakı və Abşeronda 40, Naxçıvanda 41 dərəcəyədək isti qeydə alınıb – FAKTİKİ HAVA

Ölkə ərazisində isti hava şəraiti davam edəcək

Bayraktar: "Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq"

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev

Adil Kərimli: Arif Babayevin parlaq xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq

Prezident və xanımı Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Xəbər lenti
Ən çox oxunan
