Kino səfərləri “Kinosəyyah” proqramı ilə dəstəklənəcək

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinematoqrafçılarımızın işgüzar səfərlərini dəstəkləyir. Bundan sonra AKİ-nin bu dəstəyi “Kinosəyyah” proqramı vasitəsilə həya keçiriləcək.
Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a bildirilib ki, AKİ bu məqsədlə aidiyyəti orqanlara müraciət edib və əlavə vəsaitin cəlb edilməsində əzmlidir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı həm kinomuzun beynəlxalq əlaqələrinin inkişafı, həm kinematoqrafçılarımızın peşə hazırlıqlarının artması üçün bu səfərləri mühüm sayır. Bu məqsədlə “Kinosəyyah” proqramının maliyyə resurslarının inkişafı üçün əzmlərini əsirgəməyəcək.
İttifaq 2024-2025-ci illərdə yeni Azərbaycan kinosunu beynəlxalq arenada təbliğ etmək üçün 21 nəfərin bilet xərclərini ödəyib. Çünki Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası AKİ-nin ümdə məqsədlərindən biridir.
AKİ bu tipli səfərləri 2019-cu ildən dəstəkləyir.



Digər xəbərlər

Adil Kərimli: Arif Babayevin parlaq xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq

Xalq artisti Arif Babayev vəfat edib

Xalq artisti Arif Babayevin səhhəti ilə bağlı son durum açıqlanıb

Bakıda “Dream FEST 2025” Beynəlxalq Musiqi Festivalı başlayıb

Gülzar İbrahimovanın əsərlərində Ana dilimiz

Bu gün Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 99 il ötür
Xəbər lenti
Ən çox oxunan
